Yəmən hökumətinin Xarici İşlər Nazirliyi bəyanatında ABŞ-ın Fələstinin BMT-yə üzvlüyünə veto qoyma hərəkətini pisləyərək əlavə edib: Bu hərəkət Amerikanın Fələstin məsələsi ilə bağlı rüsvayçı mövqeyinin və Vaşinqtonun sionist rejimə qeyri-məhdud dəstək vermək və Fələstin torpaqlarının işğalına və bu rejimin Fələstinlilərə qarşı ən qəddar qanun pozuntularına, hərbi cinayətlərinə və soyqırımına haqq qazandırmaq üçün BMT Təhlükəsizlik Şurasının platformasından sui-istifadə etməsinin davamıdır.
Yəmən Xarici İşlər Nazirliyinin bəyanatında bir daha xəbərdarlıq edilib ki, Təhlükəsizlik Şurasının daimi üzvlərinə veto hüququ verilməsinin davam etdirilməsi BMT-nin işi və gələcək rolu üçün təhlükə mənbəyi hesab olunur.
Sizin rəyiniz